Siyavuş Novruzovdan siyasi partiyaya üzvlüklə bağlı TƏKLİF

  • By admin
  • 12 İyun 2018 13:50

““Siyası pariyalar haqqında” qanuna ciddi dəyişikliyin edilməsinin vaxtı yetişib”.

Gununsesi.info xəbər verir ki, bu fikiri Milli Məclisin növbədənkənar sessiyasında ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün “Siyasi partiyalar haqqında” qanunun 8-ci maddəsinə dəyişiklik etməyin zamanıdır.

“Bu maddə kimlərin siyasi partiya üzvü olmasını müəyyənləşdirir.

Bu madənin müəyyən hissəsi ədalətli olsa da, müəyyən hissəsində ədalətsizlik var.

Hüquq-mühafizə orqanlarında, orduda, xüsusi xidmət orqanlarında çalışanların siyasi partiya üzvü olmaması anlaşılandır və bu ədalətlidir. Lakin maliyyə, gömrük, dövlət televiziya və mətbu orqanlarında və dirə sahələrdə çalışanların siyasi partiya üzvü olması düzgün yanaşma deyil.

Məgər onlar hüquq-mühafizə orqanlarında çalışır ki, onların siaysi partiya mənsubiyyəti fəaliyyətinə mane olurmu? Məsələn bir nəfər Mərkəzi Bankın İdarə Heyətinin üzvü siaysi partiya üzvüdürsə. O həmin partiyaya pul və ya kredit verəcək. Bu düzgün yanaşma deyil. Bunun məsələyə nə dəxli var. Bu məsələyə yenidən baxmaq lazımdır”- o əlavə edib.

S.Novruzov onu da bildirib ki, siaysi partiya seçki yolu ilə hakimiyyətə gəlir və onun nümayəndələri də istər-istəməz dövlət qurumlarında, telekanalarında, mətbuat orqanlarına rəhbər vəzifəyə təyin olunur.

Bəzi siayasi partiyaların aidiyyatı qurumlar qarşısında maliyyə hesabat verməməsindən danışan S. Novruzov bildirib ki, bu isə hesabat verməyən bəzi partiyaların fəaliyyətində və maliyyələşməsində qeyri-şəffalığın hələ də mövcud olduğunu göstərir:

“Məhz bunun nəticəsidir ki. Son vaxtlar da maliyyələşmə ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bu da cəmiyyətdə siyasi partiyalar haqqında mənfi rəy formalaşdırmasına xidmət edir. Ona görə də payız sesisyasına bununla bağlı rəhbərlik etdiyim komitə tərəfindən adı çəkilən qanuna müvafiq təkliflər nəzərdə tutulur”.

Gununsesi.info