Sloveniyada Melani Trampın heykəli yandırıldı - FOTO

  • By admin
  • 09 İyul 2020 14:32
ABŞ-ın birinci ledisi Melani Trampın heykəli yandırılıb. Söhbət Melaninin doğma vətəni Sloveniyada, Sevniça şəhərində qoyulmuş ağac heykəlindən gedir. 
Gununsesi.org  xəbər verir ki, heykəlin yandırıldığını abidənin müəllifi, heykəltəraş Bred Dauni “Reuters” agentliyinə deyib.
Heykəl güclü alovdan yanıb tam yararsız vəziyyətə düşüb. Sloveniyanın yerli hakimiyyət orqanları hadisəni vandalizm aktı adlandırıb. Hazırda hüquq mühafizə orqanları heykəlin niyə yandırıldığını araşdırır.
Melani Trampın ağacdan düzəldilən abidəsini bəziləri orijinal tapıntı kimi təqdir edir, bəziləri isə təsvir edilən qadının Melaniyə oxşamadığını bildirərək heykəli “əcaib görkəmli qadın” adlandırırdı. Rənglənmiş ağac məmulatından düzəldilən heykəldə Melani Tramp inauqurasiyaya geydiyi mavi paltarda təsvir edilmişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında Sloveniyanın Morevçe şəhərində ABŞ prezidenti Donald Trampın da ağac heykəli yandırılmışdı.