Qazaxıstanda koronavirusla mübarizə üçün həkim çatışmır

  • By admin
  • 09 İyul 2020 14:33

Qazaxıstanda koronavirusla mübarizə üçün 1 400 həkim və 1 700 orta tibb işçisi çatışmazlığı var.

Gununsesi.org bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bunu Qazaxıstanın Səhiyyə nazirinin müavini Acar Qiniyat deyib.

Qazaxıstanda ötən sutka COVID-19-a 1 962 yeni yoluxma halı qeydə alınıb.

Bununla da, ölkədə yoluxanların sayı 53 021-ə çatıb. Bu müddət ərzində 264 nəfər xəstəlikdən ölüb.

Gununsesi.org