SOCAR bu qədər kreditə niyə girir ?

  • By admin
  • 01 İyul 2016 17:58

socaR-111585

 

SOCAR son altı ayda Türkiyə və Koreyanın “Eximbank”larından (Export-İmport və ya İdxal-İxrac bankları) xeyli kredit cəlb edib. Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir. APA-nın xəbərinə görə, hesabatda 2016-cı ilin mart və may aylarında SOCAR-ın Türkiyəyə məxsus “Eximbank”dan əvvəlcə 30, ardınca 62 milyon dollar məbləğində yeni kreditlər aldığı bildirilir. Bundan başqa, bu ilin yanvarın 22-də, O, Koreyaya məxsus “Eximbank”dan 70 milyon avro məbləğində kredit götürüb.

Hesabatdakı bilgilərə görə, SOCAR-ın bu il Türkiyə və Koreya banklarından götürdüyü kreditlərin ümumi məbləği 92 milyon dollar və 70 milyon avro təşkil edir. Rəsmilərin bildirməsinə görə, SOCAR-ın 6,3 milyard dollar borcu var. Müxalifət SOCAR-ı kreditlər götürməsi və beynəlxalq futbol yarışlarına sponsorluq etməsinə görə, tənqid edir.Onlar deyirlər ki, bu dövlət şirkəti sonradan həmin pulları xalqdan çıxaracaq.SOCAR qarşıdakı 4 ildə UEFA-ya reklama görə, 80 milyon avro ödəməlidir.

Gununsesi.info