SOCAR vergi ödənişlərini 9.8 faiz azalıb

  • By admin
  • 12 Oktyabr 2016 11:35

socarr

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilib.

Gununsesi.info SOCAR-ın saytına istinadən bildirir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 9.8 faiz azdır.

Bundan əlavə, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürmüşdür.

Qeyd edək ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 8,7 faiz çox olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 2,8 faiz  çox olub.

Vüsalə Rüstəmova

Gununsesi.info