Son 5 ayda ÜDM 1 faiz azalıb

  • By admin
  • 19 İyun 2017 11:32
tenezzul

2017-ci ilin yanvar-may aylarında 25338,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az ümumi daxili məhsul istehsal ediib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən  xəbər verir.

Məlumatda bildirilir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 58,9 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.
Vüsalə
Gununsesi.info