Son dəqiqə: FHN-dən ilk açıqlama

  • By admin
  • 28 Aprel 2022 20:11

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı ilk açıqlamasını yayıb.

Nazirlikdın Gununsesi.info-ya daxil olan məlumatı təqdim

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.
Əlavə məlumat veriləcək.

Gülnar