Şon Spayser: “Amerikanın terrorçulara qarşı mövqeyi bəllidir”

  • Müəllif: admin
  • 21 Yanvar 2017 10:31

spayser

“Türkiyə ilə Amerikanın arasına kimsənin girməsinə izin verməyəcəyik”.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin yeni mətbuat katibi Şon Spayser ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasimi zamanı mətbuata açıqlamasında belə deyib.

O, bildirib ki, Amerikanı yenidən ən güclü edəcəyik, bu gün keçirilən inaqurasiya mərasimi buna misaldır.

“ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fəthullah Gülənin Türkiyəyə ekstradisiyasına gəlincə Ş. Spayser qeyd edib ki, Amerikanın terroristlərə qarşı mövqeyi bəllidir.

“Fəthullah Gülənin terrorist olub-olmadığını arşadırırıq. Yaxın günlərdə hər şey məlum olacaq”– deyə,  Ş. Spayser əlavə edib.

Anar

Gununsesi.info