Söndürsək də enerjiyə qənaət etməyən cihazlar

  • By admin
  • 03 İyul 2017 14:00

ecedad9c151d8af748c4cb88ddb48351d2e39116

Bəzən evdən çıxanda, yatanda və s. vaxtlarda elektron cihazlarımızı söndürərək enerjiyə qənaət etdiyimizi düşünürük. Əslində isə bəzi cihazlar söndürsək də enerjidən istifadə etməyə davam edir.

İşlətdiyimiz elektron cihazların, demək olar ki, hamısının “stand-by” funksiyası var. Öz dilimizdə desək, yuxu rejimi. Biz elektron əşyalarımızı söndürdüyümüz zaman cihaz avtomatik olaraq həmin rejimə keçir. Bu isə o deməkdir ki, cihaz öz funksiyalarını tamamilə itirmir, az da olsa enerjidən istifadə etməyə davam edir.

Gununsesi.info söndürməyimizə baxmayaraq elektrik enerjisinə qənaət etməyən elektron cihazların siyahısını təqdim edir.

Telefonun batareya aləti

4796cd96be463b91c62f81e46e6ae9e8e6732ba9

Telefonu çıxarmış olsaq da, əgər batareya aləti cərəyan şəbəkəsinə taxılı qalıbsa bu enerjidən istifadə deməkdir. Cərəyan şəbəkəsində taxılı qalmış batareya alətinin gündəlik vat istifadəsi 1,2-dir.

Rəqəmsal peyk

220723ff6621e6c917927d629f2d22c4f5153769

Televizorumuzla bağlı olan rəqəmsal peyk qəbulediciləri də söndürdüyümüz zaman yuxu rejiminə keçir. Gündəlik vat istifadəsi 22-dir.

Televizor

38b7db8e8c6364758ca6c1a3594a1c8aa64491b5

Televizor pultunun söndürmə düyməsi, əslində, cihazı söndürmür, onu sadəcə gözləmə rejiminə keçirir. Bu isə gündəlik 24 vat istifadə deməkdir.

Notbuklar

c751564f5d44327a0ffac4e6058f88f92848757e

Söndürmək əvəzinə yuxu (sleep) rejiminə keçirdiyimiz stolüstü komputerlərin gündəlik vat istifadəsi 96-dır.

Üstündə rəqəmsal saat ekranı yerləşdirilmiş elektron cihazlar

b26f040e61b1e4b90ac4d9a6f21b324d4efabddb

Bunlara yeni model soyucu, qaz peçləri və s. misal göstərə bilərik. İstifadə etmədiyimiz müddətdə belə bu cihazlar enerji tələb edir. Gündəlik vat istifadəsi 108-dir.

* Buna görə də elektrik enerjisini boş yerə israf etməmək üçün elektron cihazlarınızı ehtiyac olmadığı müddətdə cərəyan şəbəkəsinə taxılı saxlamamaq tövsiyə olunur.

Gununsesi.info