Ermənistan blokadadadır SOS!!!

  • By admin
  • 13 Fevral 2018 11:42


 Erməni politoloqlar həyəcan təbili çaldı-”Bu gün Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə, Qafqazda sıfırıncı yerdədir…”

Səbəb isə, hər birində 55 ton yük olmaqla, 6 vaqondan ibarət qatarın Sankt-Peterburqdan, İranın Astara Şəhərinə yola düşən qatarın məhz Azərbaycan ərazisindən keçməsidir.

Hakimiyyətdə ajiotaja səbəb olan yalnız bu hadisə deyil…

Yerli politoloqlar, ölkə rəhbərliyini “Şimal-Cənub”  Beynəlxalq Nəqliyyat  Dəhlizi, “”Şərq-Qərb”,  Bakı-Tiflis-Qars dəmiryol xətti layihələrindən kənarda qlamasında  və onları uğursuz siyasət yürütməkdə də kəskin tənqid edir.

İranla Azərbaycan arasında dəmiryol xəttinin Azərbaycan və İran prezidentlərinin iştirakı ilə açılması, daha sonra Astara-Rəşt dəmiryol xəttinin təməlqoyma mərasiminin keçirilməsi kimi yaddaqalan tədbirlər xain qonşuların yuxusunu ərşə çəkib.

“Ermənistanın Milli Konqres” Partiyasının sədri  Aram Manukyan  “Vestni Kavkaz”a açıqlamsında Ermənistanın müasir dövrdə üzləşdiyi problemləri dilə gətirməklə,  ölkə rəhbərliyi tərəfindən  yürütdüyü siyəsəti kəskin tənqid edib.

Gununsesi.info Aram Manukyanın açıqlamasını təqdim edir.
”Bu gün Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə, Qafqazda sıfırıncı yerdədir: “Bölgədəki  bütün regional və beynəlxalq layihələr hesab edilən-nəqliyyat, enerji, dəmiryol, qaz və digərləri Ermənistanı yan keçməklə reallaşır. Biz təkcə siyasi blokadada deyil, eyni zamanda  iqtisadi  cəhətdən blokadayıq. Yollarımız hər tərəfdən bağlanıb, heç bir regional layihədə iştirak etmirik. Onlar üçün gözə görünməzik sanki biz heç Qafqazda yaşamırıq.- Artıq 20 ildir bu durumdayıq! Bu illər ərzində bölgədə xeyli layihələr reallaşdı. Bakı-Tiflis-Ceyhan neft kəmərindən tutmuş. Bakı-Tiflis-Qars dəmiryolunadək hamısı bizdən yan keçdi. Bunlar hamısı Gürcüstan üzərindən keçməklə reallaşdı. İndi də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və “Çinin “İpək yolu” layihəsi Ermənistandan keçməklə həyata keçirilir. Hüquqi cəhətdən Qafqazda mövcud olsaq da, heç bir layihədə iştirak etmirik. Biz iqtisadi cəhətdən dalandayıq. Ona görə də heç kim bizə sərmayə yatırmaq istəmir. Əgər biz əvəllər ildə 3-4 mlrd dollar investisiya alırdıqsa, 2017-ci ildə 120 milyon dollara enib. Korrupsiya nəticəsində ölkədə vəziyyət getdikcə mürəkkəbləşir. Bu baxımdan da  heç bir normal insan risk edib ölkəyə sərmayə ayırmaz”.

A.Manukyan həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin davam etməsi Ermənistanın ziyanınadır və ona görə də yaranmış bu durumdan hansısa yolla çıxamlıyıq:  “Əgər biz Qarabağ münaqişəsini həll edəriksə, o zaman digər məsələlər də həll olunacaq. Ermənistan blokadadan çıxacaq, Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq. Axı bu iki dövlət Qarabağ məsələsində bir yumruq kimi birləşib, həmrəyliklə birgə çalışırlar”.

Hazırladı Mürtəza

Gununsesi.info