Sosial şəbəkədə texniki səhv qeydə alındı - "TWİTTER ÇÖKDÜ"

  • By admin
  • 17 Aprel 2018 19:32

“Twitter” sosial şəbəkəsinin işində də problemlər yaranıb.

Gununsesi.info xəbər verir ki, “Twitter” mikrobloqlar statusuna daxil olarkən əsas səhifədə “texniki səhv” ifadəsi qeyd edilir.

Daha sonra şəbəkədə problem yarandığı üçün istifadəçilərdən üzr istənilir.

Məlumata görə, problem ABŞ, Yaponiya, eləcə də Avropanın bəzi ölkələrində qeydə alınıb.

Rusiya və Ukraynada da “Twitter” şəbəkəsindən istifadədə problemlər yarandığı bildirilir.

Gununsesi.info