“Sovet maşınları yığışdırılmalıdır” - DEPUTATDAN TƏKLİF

  • By admin
  • 16 Noyabr 2016 16:20

elmira

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan yollarında dəhşətli vəziyyət yaranıb. “Artıq son günlərdə respublikada əcnəbi turistlərin həlak olmasıaın şahidi oluruq. Yollarda sürücülərin nəqliyat vasitələrini təhlükəli sürməsi nəticəsində yollarda dəhşətli vəziyyət yaranıb. Odur ki, bizə aid olamasa da, yollarla bağlı xüsusi qanunun hazırlanmasına ehtiyac var. Sürücülər və piyadaalr arasında ciddi maarifləndirmə işlərinə ehtiyac var. Bununla belə təklif edirəm ki, köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır”- deyə, o bildirib.

Millət vəkili Araz Əlizadə isə deyib ki, yollardakı qəza  və ölüm hallarının azalması üçün ilk növbədə sürücülük vəsiqələrinin satışının qarşısı alınmalıdır. “Digər məqam isə sürücülərdə mədəniyyət səviyyəsinin artırılmasına nail olmaq lazımdır. 1990-ci illərin ortalarına kimi Türkiyədə ildə 30-50 min nəfər arasında insan yol qəzalarında həlak olurdu.

Bu məsələ hökumətdə ciddi müzakirəyə səbəb olur və məsələ baş nazir Bülənt Ecevitə məruzə edilir. Məruzəni dinləyən  Ecevit gülmsəyərək deyir ki, əfəndiliyimizi itirdiyimiz üçün bu hallar baş verir. Əvvəllər Türk insanı bir birinə yol verməyi bacarırdısa, indi isə sayğısız bir halda adamı ötüb keçir. Nə qədər ki, əfəndiliyimizi qaytarmayacağıq, o zamanadək bu hadisələr baş verəcək.

Burada digər bir məqam da ondan ibarətdir ki, cavanlar yollarda tüğyan edir. Polis xüsusi dövlət nömrə nişanı və ya bölgə nömrəsi olan avtomobillərə yaxın düşə bilmir. Nə qədər ki, bunlar olacaq, yollarda ölüm də olacaq. Yollardakı ölümü azaltmaq üçün bu problemləri həll etmək lazımdır”- deyə, A. Əlizadə bildirib.

Komitə sədri Hadi Rəcəbli isə bildirib ki, burada narahatedici məqamalar var və bu problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Mürtəza

Gununsesi.info