Söyüşə  görə qonşusunu bıçaqladı - Özəl

  • By admin
  • 30 İyun 2016 16:17

abseron

 

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini Fərid Cəfərov aralarında yaranmış mübahisə zəminində qonşusu Mahir  Mirzəbəyovu bıçaqlayıb.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan Mahir Mirzəbəyovun həyatını həkimlər xilas edə biliblər.

Fərid Cəfərov isə cinayəti törətdikdən sonra hadisə yerindən qaçsa da, Abşeron Rayon Polis idarəsini əməliyyatçıları onu tez bir zamanda saxlayaraq istintaqa təhvil veriblər. İdarədə dindirilən Mahir Mirzəbəyovu onun ünvanına nalayiq sözlər işlətdiyi üçün bıçaqladığını bildirib.

Faktla bağlı Abşeron RPİ-də başlanan cinayət işi üzrə araşdırmalar davam edir