İş adamı qətlə yetirilib - FOTOLAR (Özəl)

  • By admin
  • 30 İyun 2016 16:09

Goycay (3)

 

Göyçayda iş adamı qətlə yetirildi. Gununsesi.info xəbər verir ki, hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qeydə alınıb.  Ev sahibi, 53 yaşlı Cəbrayıl Kərimov evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs Ağdam  rayonu Yeni İmamqulubəyli kənd sakini 25 yaşlı Sərxan Süleymanov hüququ mühafizə orqanı əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb. İlkin dindirilmə zamanı Sərxan qətlin yanlışlıq nəticəsində törədildiyini bildirib. Sərxanın bacısı 34 yaşlı Nargilə Süleymanova aprel ayında Goyçay sakini Orxan Quliyev tərəfindən qaçırıldığı bildirilib.

Bundan sonra Ağdam rayon ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib. Ötən gün isə qaçırılan bacısnın evlərinə qaytarılmasından qəzəblənən Sərxan qisas məqsədi ilə Göycaya gəlib. Lakin o şəhərin Heydər Əliyev prospekti 24 ünavnı ilə  Hüseyinbala Əliyev küçəsi 24 ünvanını səhv salaraq  sözügedən mənzilə gizli yolla daxil olub və Cəbrayıl Kərimovu qətlə yetirib. Aparılan araşdırma nətciəsində məlum olub ki, Sərxanın bacısını qaçıran Orxan Quliyev 5 dəfə evli olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, iş adamı olan Cəbrayıl Kərimov uzun illərdir, Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.

 

Goycay (2)

 

Goycay (1)

 

Goycay (4)

Ayka Heydərli