Müğənni Mətanət Əsədova “tərbiyəsizlik edib” - ETİRAF (Özəl)

  • By admin
  • 30 İyun 2016 15:57

metanet es

 

“Bəli, yazılanlar doğrudur . Anlamıram, burada nə var axı? Xalq məni sevir, görən kimi görüb ayağa qalxdılar. Onlara necə deyim ki, mənimlə şəkil çəkdirməyin?” Bu sözləri Gununsesi.info-ya müğənni Mətanət Əsədova bildirib. Onun sözlərinə görə, Mir Mövsüm Ağa Məsçidində baş verən hadisə normal haldır: “Məni onlar tanıdıb, onların içindən çıxmışam. Hamı istədi ki, şəkil çəkdirsin. Ona görə də qarmaqarşıqlıq yarandı, mühafizə xidməti gəldi, sonra sakitləşdilər”-, deyə o bildirib. Qalmaqallı müğəninin sözlərinə görə, məscid müqqədəs yer olduğundan, oraya gələn hər kəs yalnız Allahı düşünməli və onun qoyduğu vacib əməlləri yerinə yetirməlidir: “Tərbiyəsizlik ediblər? Neyniyə bilərik? Məni sevirlər, necə şəkil çəkdirməsinlər? Bütün Azərbaycan məni tanıyır. Ziyarətçilər də şəkil çəkdirmək istədilər”.

Sevinc