“Sözçü” qəzetinə polis basqını - HƏBS OLUNANLAR VAR

  • By admin
  • 19 May 2017 23:52

sozcu

Gununsesi.info Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyədə aralarında qəzetin sahibinin də olduğu dörd əməkdaşın nəzarətə götürülüb. Bunlar “Sözçü” qəzetinin sahibi Burak Akbay, qəzetin internet saytına cavabdeh olan Mediha Olgun, maliyyə müdiri Yonca Kaleli və müxbir Gökmen Uludur.

Mənbənin yazdığına görə, qəzet əməkdaşlarının FETO ilə əlaqələrinin olması ehtimal olunur. Onlar həmçinin prezidentə qarşı sui-qəsdə cəhddə, Türkiyə hökumətinə qarşı silahlı üsyanda günahlandırılır.

Verilən məlumatlara görə, qəzetin vəkillərindən biri İsmayıl Yılmaz dörd əməkdaşın saxlanması ilə bağlı xəbərə münasibət bildirİb. Vəkil redaksiyada axtarış getdiyini və şirkətin əmlakının müsadirə olunduğunu açıqlayıb. O, həmçinin, Y. Kalelinin evində axtarış aparan polislərin artıq oradan uzaqlaşdığını qeyd edib. Hazırda Gökmen Ulunun evində axtarış aparılır. Vəkil Mediha Olgunun həbsi ilə bağlı məhkəmə qərarının olmadığını, lakin onun polislər tərəfindən saxlanıldığını deyib. İsmayıl Yılmaz ehtimal edir ki, bu həbslərin həyata keçirilməsi başqa məsələ ilə də bağlı ola bilər.

Məlumatlara görə, qəzetin sahibi bir neçə saat əvvəl Türkiyəni tərk edib.

 

Gununsesi.info