Yıldırım Gürcüstana gedir…

  • Müəllif: admin
  • 20 May 2017 00:01

binali

Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci  konfransı keçiriləcək”- deyə, səfir bildirib.

Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.

Gununsesi.info