
“İsa müəllim, xahiş edirəm reqlamentə riayət edin”.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, iclas zamanı Milli Məclisin sədri Oqtay Əsədov Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə irad bildirib: “İsa müəllim, xahiş edirəm reqlamentə riayət edəsiniz. Reqlamentə əsasən təqdimat 20 dəqiqədən artıq olmamalıdır. Ona görə də təklif edərdim ki, təqdimat 19 dəqiqə 30 saniyədən çox olmamalıdır”.
İsa Həbibbəyli isə öz növbəsində, qanun layihəsini deputatlara təqdim etdikdən sonra spiker ona çıxışına görə təşəkkür edərək bildirib ki, çıxış 10 dəqiqə çəkdi: “Növbəti müzakirələrdə daha çox çıxış edərsiniz”.
Mürtəza
Gununsesi.info












