Strateji Yol Xəritəsi necə icra edilib? -KƏNAN ASLANLI

  • By admin
  • 14 Mart 2018 16:59

Dünya bazarında xam neftin qiymətlərinin 2014-cü ildən etibarən azalması Azərbaycan iqtisadiyyatında bir çox makroiqtisadi və fiskal parametrləri pisləşdirdi. Neftdən asılı digər iqtisadiyyatlarda olduğu kimi, dünyada neft qiymətlərinin azalması Azərbaycan iqtisadiyyatına da əhəmiyyətli dərəcədə neqativ təsir göstərdi.Azərbaycan iqtisadiyyatında neft gəlirləri dövlət büdcə gəlirlərinin 60%-dən çoxunu, neft-qaz ixracı isə ümumi ixracın 88% -ni təşkil edir. Belə bir asılılıq vəziyyətində qısa müddətdə iqtisadi artım tempi zəiflədi.

Gununsesi.info iqtisadi təhlilçi Kənan Aslanlıya istinadən bildirir ki, bu iqtisadi vəziyyət bir çox parametrlər üzrə “resessiya” kimi dəyərləndirilə bilərdi: “İqtisadiyyatda ressesiya məfhumuna 2 fərqli yanaşma mövcuddur:

  1. a) texniki resessiya: ÜDM-in 2 ardıcıl rüb ərzində azalması (neqativ iqtisadi artım). Azərbaycanda 2017-ci il ərzində iqtisadi artım bütün rüblər və aylar (yanvar-fevral ayları istisna) ərzində neqativ olub.
  2. b) resessiya biznes tsiklinin bir parçası olaraq: bu zaman iqtisadiyyatda bütün əsas göstəricilər (sənaye istehsalı, işsizlik, satışlar, real gəlirlər və s.) pisləşir.

Son qeyd edilən göstəricilərin bir çoxu Azərbaycanda 2015-2017-ci illərdə pisləşib. Belə ki, Azərbaycan iqtisadiyyatında 2016-cı ildə 3.1% azalma, 2017-ci ildə isə cəmi 0.1% artım olub. İnflyasiya səviyyəsi ikirəqəmli həddə çatıb – 12.9%, sənaye məhsulu istehsalı isə 3.4% azalıb. Milli valyuta dollar qarşısında iki dəfə dəyərsizləşib, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 19%-ə çatıb.

Ölkə iqtisadiyyatının bu böhranlı vəziyyəti hökuməti bir sıra addımlar atmağa vadar etdi. Nəticədə, Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi qəbul edildi”.

K.Aslanlı deyir ki, prezident fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  Yol Xəritəsinin icrasına dair monitorinq aparılıb. Lakin qiymətləndirməyə əsasən, hazırladıqları hesabatların bir neçə istiqamətdə təkmilləşdirilməsinə ehtiyac var.

Aşağıdakı cədvəldə Strateji Yol Xəritəsinin icra vəziyyəti əks olunub:

 

Vüsalə

Gununsesi.info