“Su” qiymətinə qayıq satılıb - HƏRRACDA

  • Müəllif: admin
  • 19 Dekabr 2017 16:14

Əmlak Məsələləri üzrə Dövlət  Komitəsinin keçirdiyi hərraclarda taxta qayıq “su” qiymətinə satılıb.

Gununsesi.info xəbər verir ki, dekabrda keçirilən son hərracda Mingəçevir şəhərində dövlət tərəfindən müsadirə edilmiş taxta qayıq 20 manata satılıb.

Qayığın bir ədəd avarı isə 4 manata satılıb. Bundan başqa, müsadirə edilmiş antiradarın satışı 15 manata gerçəkləşdirilib.

Vüsalə

Gununsesi.info