Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb –  YENİLƏNİB

  • Müəllif: admin
  • 20 Mart 2017 21:30

rusiyadadda

 

Cənubi Sudanda qəzaya uğrayan təyyarədə olanların hamısı sağ qalıb.

Gununsesi.info-nun “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin “South Supreme Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

 

***

 

18:14

 

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Airlive” portalı məlumat yayıb.

Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Təyyarədə olanların hamısının öldüyü ehtimal edilir. Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

 

 

Gununsesi.info