Sui-qəsd planı: Kim Çen və yaxınları öldürüləcək

  • By admin
  • 31 Avqust 2017 23:00

kim_cen2121
Cənubi Koreyanın Şimali Koreya lideri Kim Çen İnə sui-qəsd təşkil etmək üçün xüsusi qrup hazırladığı iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı hökumət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. İddiaya görə, əgər Şimali Koreya müharibəyə başlasa, hazırlanmış xüsusi qrup Kim Çen İni və onun müşavirlərini öldürəcək.

Cənubi Koreya bu planda Şimaldakı nüvə obyektlərini məhv etməyi də nəzərdə tutub.

 

Gununsesi.info