Sülhməramlılar Əfqanıstana yola salınıb - FOTOLAR

  • By admin
  • 11 Oktyabr 2016 15:20

sulh

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

sulh1 sulh2

Anar

Gununsesi.info