“Sülhü vətəndaşlarımıza izah etmək vacibdir” - Paşinyan

  • By admin
  • 20 May 2022 15:41

Ermənistan hökuməti ölkə rəhbərliyinin elan etdiyi sülh gündəliyinin mahiyyətini vətəndaşlara aydın şəkildə izah etməlidir. Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan İrəvanda keçirilən Demokratiya Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, demokratiya Ermənistanın suverenliyini və müstəqilliyini qoruyan ən mühüm və əsas amildir. Ölkə rəhbərliyinin əsas vəzifəsi isə demokratiyanın ölkənin xarici və daxili təhlükəsizliyini təmin etməyə qadir olduğunu sübut etməkdir. Bu baxımdan hökumətinin elan etdiyi və həyata keçirilməsi üçün xalqın etimadına arxalandığı qonşularla qurulan sülhün gündəminin nədən ibarət olduğunu anlamaq lazımdır.

 

– Bizim üçün sülh gündəmini formalaşdırmaq və müzakirə etmək, onu vətəndaşlara izah etmək vacibdir. Çünki ölkədə ən mühüm qərarlar son nəticədə bu vətəndaşlar tərəfindən verilir. Ona görə də onlar qərar qəbul etmək üçün kifayət qədər məlumatlı olmalıdırlar, – o əlavə edib.

Baş nazir əminliyini ifadə edib ki, Ermənistanın siyasi rəhbərliyi ilə xalq bu missiyanın həyata keçirilməsinin zəruriliyi məsələsində həmrəydir. Paşinyan bütün demokratik qüvvələrin bu vəzifə ətrafında birləşməsini vacib hesab edib.

Gununsesi.info