Sumqayıt-Bakı qatarında gecikmə  - FOTOLAR

  • By admin
  • 03 Oktyabr 2019 09:36

Sumqayıtdan Bakı istiqamətində gələn qatarda gecikmə olub.

Gununsesi.org xəbər verir ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində texniki nasazlıq yaranıb.

Belə ki, 08:28-də Bakı sərnişin stansiyasına çatmalı olan qatar gecikmə ilə saat 08:53-də stansiyaya çatıb. Gecikmənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, sərnişinlərin bildirdiyinə görə, qatar müəyyən vaxtlarda sürətini azaldaraq hərəkət edib.

“Azərbaycan Dəmir Yolları” QSC gecikmə ilə bağlı faktı təsdiqləyib. Gecikmənin səbəbi araşdırılır.