
Sumqayıtda törədilən qətlin təfərrüatı məlum olub.
Gununsesi.info xəbər verir ki, hadisə qısqanclıq zəmnində törədilib.
“Report”un məlumatına görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.
Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, mərhumun iki övladı var.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












