Sumqayıtda evlərdən oğurluq edən şəxslər tutulub

  • By admin
  • 19 Mart 2017 13:33

ogru

 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tapdıq İbrahimovun və Amil Əzimovun digər cinayət əməlləri də müəyyən edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, T. İbrahimov və A. Əzimovun ətrafında Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların fevralın 4-dən 28-dək olan müddətdə şəhər ərazisindəki daha 5 evdən pul, qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.

 

Gununsesi.info