Sumqayıtda minik avtomobili yük qatarı ilə toqquşdu, ölən var

  • Müəllif: admin
  • 03 Noyabr 2016 09:11

380x214

Sumqayıtda ağır yol qəzası baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.

Gununsesi.info