İntihar edən vəkil Vüsal Mirzəyevin üzərində əlyazma aşkarlandı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 05 Fevral 2023 19:05

Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.

10:21

Sumqayıtda vəkil intihar edib.

Gununsesi.info “Unikal”a istinadla xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində qeydə alınıb. Belə ki, vəkil Vüsal Mirzəyev özünü yaşadığı həyətin qaz borusundan asıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl V. Mirzəyev ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilirdi.

Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Vüsal Mirzəyevin apellyasiya şikayətinə ötən ilin avqust ayında Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarmışdı.

Gununsesi.info