Sumqayıtda yaşayış binasında yanğın baş verib

  • Müəllif: admin
  • 07 Mart 2018 08:40

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 3 p.m çıxış kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

Gununsesi.info