Surayada yeni doğulan uşaqlara Putin adını qoyurlar…

  • By admin
  • 22 Aprel 2017 10:55
putin-esed
Suriyada Əsəd tərəfdarları son aylar dünyaya gələn yeni oğlan uşaqlarına daha çox Putin adını qoyurlar.
“Bu şükranlığın ğöstəricisi olaraq, çox sayda ailələr yenicə doğulmuş övladlarına Putin adı qoyurlar”.
Gununsesi. info xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Riyad Həddad TASS-a açıqlamasında deyib.
Həddadın sözlərinə görə, Rusiyanın Suriyaya  dəstəyinə hörmət əlaməti olaraq, şükranlıq əlaməti kimi, suriyalılar öz övladlarına Putin adı qoyurlar.
Diplomat deyib ki, Suriya məktəblərində rus dilinin tədrisi 7-ci sinifdən başlanır  və artıq bütün Suriya universitetlərində rus dili fakültəsi açılıb.
Səfir onu da əlavə edib ki, Suriya prezidenti bu yaxınlarda Dəməşq civarında rusdilli məktəbin inşası üçün ərazi ayırıb.
Gununsesi.info