Suriya ordusundan İŞİD-ə ağır zərbə

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 12:54

03
Suriya ordusu və müttəfiqləri özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına ağır zərbə vurublar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor şəhərinin 3 ildən artıq olan mühasirəsini yarıblar.

Belə ki, ordu qüvvələri şəhərin qərb istiqamətində yerləşən 137-ci briqadanın hərbi bazasına yaxınlaşıblar.
Suriya dövlət televiziyasının məlumatına əsasən, artıq Suriya ordusu və müttəfiqləri Deyr əz-Zor şəhərinin cənubunda yerləşən Teym neft sahəsin İŞİD-dən azad ediblər.

Qeyd edək ki, Deyr əz-Zor şəhəri strateji önəmə sahibdir. Burada rejimin hərbi bazası, hava limanı və neft yataqları var.

Müharibədən əvvəl təxminən 230 min insanın yaşadığı Deyr əz-Zor şəhərin böyük bir hissəsi 2014-cü ilin iyul ayından etibarən İŞİD nəzarəti altındadır.

Anar
Gununsesi.info