Suriyada Ərdoğanın qələbəsi qeyd olundu

  • By admin
  • 25 İyun 2018 10:45

img

Ötən gün yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın qələbəsi Suriyada da qeyd olunub.

Gununsesi.info haberler-ə istinadla xəbər verir ki, Suriyanın Afrin şəhərində sakinlər küçələrə axışaraq Ərdoğanın qələbəsini qeyd ediblər.

Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. Ərazidə 3500-dən çox terrorçu öldürülüb.