Suriyada terrorçuların quraşdırdığı minanın partlaması nəticəsində 2 rus hərbçi ölüb, 1-i isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriya Ərəb Respublikasında terrorçuların hücumu nəticəsində 2 hərbçimiz həlak olub. Yaralanan bir hərbçimizin həyatını xilas etmək üçün həkimlər səy göstərir”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, olayın hansı şəhərdə baş verdiyi bildirilməyib.
Gununsesi.info












