“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəflinin Gununsesi.info-ya verdiyi məlumata görə, Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq mayın 4-dən 5-nə keçən gecə yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq:

“Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq.”

Anar Nəcəflinin sözlərinə görə, sözü gedən kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək mümkün olmayacaq”.

Gununsesi.info