Sürücülərə xəbərdarlıq! -İKİ ƏSAS YOLDA SÜRƏT HƏDDİ ENDİRİLİB

  • By admin
  • 12 Mart 2018 12:12

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

 

Gununsesi.info-ya  Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.

 

“Eyni zamanda elektron lövhələrə “Sürüşkən Yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”, – deyə məlumatda vurğulanıb.

Gununsesi.info