
Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Frans Press” agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölənlərin sayının artması istisna deyil. Reuters agentliyinin xəbərinə görə isə Fritaunun mərkəzi morquna 179 nəfər gətirilib.
***
Syerra-Leonedə baş verən torpaq sürüşməsi nəticəsində azı 350 nəfər ölüb, 600 nəfər itkin düşüb.
Bu barədə isə beynəlxalq “Qırmızı Xaç” komitəsinin məlumatında bildirilir.
Ölənlər arasında azı 100 nəfərin uşaq olduğu bildirilir.
Təbii fəlakət nəticəsində azı 1000 evin sakinləri köməksiz vəziyyətdə qalıb.
Gununsesi.ino












