İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Türkiye” qəzeti yayıb.
Bildirilib ki, avqustda baş tutması gözlənilən danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyət, təhlükəsizlik və sabitlik kimi məsələləri müzakirə edəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Qahirədə görüş keçirib.












