Tələbələrin Gəncədə toplaşmaqda məqsədləri nədir?

  • By admin
  • 23 İyul 2016 15:28

ganc

İyulun 29-da Gəncə şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, layihə gənclər təşkilatlarının ilk regional forumu olub, gəncləri bir araya toplayacaq.

Forumda son dövrdə gənclər təşkilatlarının fəaliyyəti və gənclər siyasəti ilə bağlı proseslər müzakirə ediləcək, gənclər siyasətinin genişləndirilməsi, onların sosial sahədə və təhsildə fəallıqlarını təmin edəcək təkliflər səsləndiriləcək. Sonda forum iştirakçılarının ümumi rəyi əsasında təkliflər paketi hazırlanacaq.

Gununsesi.info