Təcili: Sumqayıt Apellyasiya Məhkəməsində intihara cəhd - BİLƏKLƏRİNİ DOĞRAYAN VƏTƏNDAŞA TİBBİ YARDIM GECİKİR

  • By admin
  • 06 Mart 2023 12:42

Sumqayıt Apelyasiya Məhkəməsində intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info-ya bu barədə açıqlama verən vəkil Elçin Sadıqov deyib ki ki,İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına eturaz edərək hər iki biləyini ülgüclə dərindən kəsib.

” Hadiaə 20 dəqiqə əvvəl baş verdi, hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır. Abşeron Rayon Məhkəməsi onu 1000 manat cərimə etmişdi, Rəşadət Ağayev qərarı dəyişdi və 10 sutka inzibati həbs verdi”.

 

Afət

Gununsesi.info