Təhsil eksperti DİM-i qeyri-peşəkarlıqda ittiham etdi

  • By admin
  • 25 Mart 2017 13:32

kamran

Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov facebookda yazıb. O qeyd edib ki, DİM məlumat verib ki, server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər: “Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 2 milyon manat pul qazanıblar 10 gün ərzində, serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Gör hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq”.

Gununsesi.info