Təhsil krediti almaq istəyən tələbələrin - DİQQƏTİNƏ

  • By admin
  • 01 Oktyabr 2016 12:00

kredit

“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

Bu barədə Gununsesi.info-a Fonddan məlumat verilib.

Məlumata görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixlərində başlayacaq.Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.

Qeyd edək ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə uyğunsuzluğu olanlar olub.

Anar
Gununsesi.info