“Təhsil müəssisələrinə yaxın yerlərdə də qəlyan çəkilməsi qadağan edilməlidir” - BAHAR MURADOVA

  • Müəllif: admin
  • 27 Aprel 2017 14:01

bahar-mm

“Təhsil müəssisələrinə yaxın yerlərdə qapalı müəssisələr olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin (MM) sədr müavini,  İnsan hüquqları komitəsinin sədri Bahar Muradova  aprelin 27-də parlamentdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi”layihəsi çərçivəsində təşkil olunan Dəyirmi masada çıxışı zamanı deyib.

Vitse-spikerin sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir.

baharrr

O, deyib ki, çünki təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur:

“Yeniyetmə gənclər də həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik”.

KAMİL

Gununsesi.info