Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib  - Nazir

  • By admin
  • 07 Sentyabr 2021 14:37

Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib. Bu günədək 169 869 təhsil işçisi birinci doza, 154 654 təhsil işçisi isə ikinci doza vaksin olunub.

Gununsesi.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir.

O bildirib ki, son həftələrdə vaksinasiyanın sürətləndirilməsi vəziyyətin daha da yaxşılamasına gətirib çıxaracaq. Nazir qeyd edib ki, dərslərin 2 həftə gec başlamasının əsas səbəbi isə hazırkı epidemioloji göstəricilərdir: “Hazırda yoluxmaların 5 faizini şagirdlər, 5 faizini isə müəllimlər təşkil edir. Dərslərə dərhal başlamamağımızın əsas səbəbi də məhz budur, əks halda, məktəblər distant təhsil rejiminə keçid etməli olurlar”.

Gununsesi.info