Təhsil Nazirliyi XI sinif dərsliklərinin hazırlanmasını bu nəşriyyata tapşırdı

  • By admin
  • 22 Fevral 2018 10:18

Təhsil Nazirliyi XI siniflər üçün dərsliklər hazırlanması üzrə elan etdiyi tenderi yekunlaşdırıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, XI siniflər üçün elan edilən tenderdə “BAKI” nəşriyyatının 5 dərslik komplekti qalib olub.

“BAKI” nəşriyyatı Təhsil Nazirliyinin XI siniflər üçün elan etdiyi tenderə Ədəbiyyat, Fizika, Coğrafiya, Kimya və İnformatika fənləri üzrə dərslik komplektlərini təqdim etmişdi.

Bu dərsliklər yüksək balla müsabiqələrdə qalib olub.

Gununsesi.info