Təhsil Nazirliyindən damarlarını doğrayan direktor ilə bağlı AÇIQLAMA

  • Müəllif: admin
  • 22 Dekabr 2017 13:02

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə trend-ə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır.

TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, Göyçay şəhərinin 9 saylı orta məktəbin qarşısında məktəb direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu qolunun şah damarını kəsərək intihara cəhd edib. Göyçay rayon Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağırdır.

Gununsesi.info