Təhsil Nazirliyindən xəbərdarlıq: - “Hansı məktəbdə pul yığılsa, direktor işdən qovulacaq”

  • By admin
  • 29 Sentyabr 2016 11:54

tehsil

Təhsil Nazirliyi bəzi məktəblərdə 5 oktyabr müəllimlər günü ilə bağlı pul yığılmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov valideynlərə müraciət edib:

“Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Gununsesi.info