Təlimlər zamanı hərbi helikopter qəzaya uğradı - Yunanıstanda

  • By admin
  • 20 Sentyabr 2016 16:00

helikopter

Yunanıstan Hərbi Hava Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı faciə baş verib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təlimlər zamanı Yunanıstan məxsusu “Apaçi” hərbi təyinatlı helikopter Xalkidiki yarımadasında qəzaya uğrayıb. Qəza zamanı helikopterin ekipajı xilas edilib. Hazırda hər iki pilot sağdır.

İlkin məlumata görə, qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.

Anar

Gununsesi.info