Təşviqat kampaniyası başa çatdı

  • Müəllif: admin
  • 25 Sentyabr 2016 08:28

referendum_uscita_euro7

Bu gün saat 8:00-da Azərbaycanda  Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatıb.

Gununsesi.info xəbər verir ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına  səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da başa çatıb.

Gununsesi.info