Özü-özünü bıçaqladığını iddia etdi…

  • Müəllif: admin
  • 25 Sentyabr 2016 02:18

bicaq

Daşkəsəndə bıçaqlanma olub.

Gununsesi.info APA-nın qərb bürosuna istinadən məlumatına görə, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1971-ci il təvəllüdlü Mahir Əliyev  qabırğaaltı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına daxil olub.

Dərhal əməliyyat olunan M. Əliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

M. Əliyevin dediyinə görə, o,  özü-özünü bıçaqlayıb.

Daşkəsən rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Gununsesi.info